Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsin Hüquq və kadrlar şöbəsinin müdir müavini Mirhüseyn Hüseynov təlim iştirakçılarına korrupsiya anlayışı, korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri, növləri və buna görə məsuliyyət, korrupsiyaya qarşı mübarizədə beynəlxalq təcrübə, mübarizə metodları və vasitələri, korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə müraciətə baxılması və digər məsələlər barədə iştirakçılara ətraflı məlumat verilib.
Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda səmərəli dövlət idarəçiliyi sistemi qurulub, korrupsiyaya qarşı mübarizə prioritet sahələrdən birinə çevrilib.
Təlim Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində keçirilib. Təlimə komitənin 30-a yaxın əməkdaşı cəlb olunub.
Maarifləndirici tədbir sual-cavab və müzakirələrlə yekunlaşıb.