06.07.2024, 16:08
AZ EN
03.07.2024, 17:00 133

Dövlət Komitəsində ədəbi dil normalarına həsr olunmuş təlim keçirilib

XƏBƏRLƏR
  • Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində əməkdaşlar üçün “Rəsmi yazışmalarda ədəbi dil normalarının tətbiqi: nəzəriyyə və təcrübə” mövzusunda təlim keçirilib. Ədəbi dil normalarına dair məlumatlılığı artırmaq, rəsmi yazışmalarda ədəbi dildən istifadə imkanlarını daha təkmillləşdirmək məqsədilə təşkil olunan təlimdə komitənin struktur bölmələrinin 30-dan çox əməkdaşı iştirak edib.

Ulu Öndər Heydər Əliyevin dövlət quruculuğu siyasətində Azərbaycan dilinin statusuna və inkişafına xüsusi diqqət yetirdiyi, Prezident İlham Əliyevin bu siyasəti davam etdirərək, milli ədəbi dilin daha da zənginləşdirilməsi, qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi və ölkədə dilçiliyin inkişafı ilə bağlı mühüm qərarlar verdiyi qeyd olunub.

Təlimdə hər bir dövlət qulluçusunun mükəmməl, sabit normalara malik Azərbaycan ədəbi dilinə bələdliyinin və rəsmi-işgüzar yazışmalarda ondan doğru-düzgün istifadə etməsinin zəruriliyi vurğulanıb, komitənin struktur bölmələrində hazırlanmış müxtəlif mətnlərdə ədəbi dil normalarının tətbiqi məsələləri təhlil edilib.

Komitənin aparat rəhbərinin müavini Vüqar Nəsirovun moderatorluğu ilə keçirilən təlimdə əməkdaşlarının sualları cavablandırılıb və müzakirələr aparılıb.

Oxşar xəbərlər

SON XƏBƏRLƏR