21.11.2024, 15:51
AZ EN
25.04.2024, 14:51 327

Gülməmməd Məmmədov: “Hər bir qayıtmış sakin həyatından çox məmnundur”

XƏBƏRLƏR
  • "Çox şükürlər olsun ki, torpaqlarımız işğaldan azad edilib. Böyük Qayıdış çərçivəsində mən bu yaxınlarda Zəngilanın Ağalı kəndində oldum, orda məskunlaşmış insanlarla söhbət etdim. Hər bir qayıtmış sakin həyatından çox məmnundur" - bu fikirləri bioloji-fizika sahəsi üzrə fəlsəfə doktoru Gülməmməd Məmmədov deyib.

Qarabağ Universitetinin auditoriyasında tədrislə məşğul olmaq istədiyini vurğulayan alim ziyalılara çağırış edərək, onları Böyük Qayıdış prosesinə fəal dəstək verməyə çağırıb. 

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, ilk növbədə, müasir infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır. Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri həyata keçirilir. Bu çərçivədə, işğaldan azad edilmiş ərazilərdən olan ziyalıların, gənclərin və müxtəlif peşə sahiblərinin iştirakı ilə videoçarxlar hazırlanır.

Əslən Laçın rayonundan olan tanınmış ziyalı Gülməmməd Məmmədovun iştirakı ilə hazırlanmış videoçarxı təqdim edirik.

Oxşar xəbərlər