ADA Universitetindən bildirilib ki, təlimin məqsədi Dövlət Komitəsinin müxtəlif struktur bölmələrinin əməkdaşlarının məlumatların toplanması və sorğuların aparılması üzrə bilik və vərdişlərinin təkmilləşdirməkdir.
Universitetin dosenti Anar Vəliyevin moderatorluğu ilə keçirilən təlimdə məlumatın növləri, keyfiyyət göstəriciləri, sorğunun keçirilməsində istifadə edilən əsas alətlər ilə bağlı praktik və nəzəri məlumatlar verilib.
Təlimdə mövzu ilə əlaqədar müzakirələr aparılıb, komitə əməkdaşlarının sualları cavablandırılıb.
Müvafiq mövzuda təlimlərin silsilə şəklində davam etdirilməsi nəzərdə tutulur. (AZƏRTAC)