18.10.2024, 09:14
AZ EN
17.07.2022, 16:30 384

Dövlət Komitəsinin sədri “Yüksəliş” müsabiqəsinin finalçıları ilə müzakirə aparıb

XƏBƏRLƏR
  • Bakı Ekspo Mərkəzində “Yüksəliş” müsabiqəsinin 3 gün davam edən final mərhələsi  başa çatıb.

Final mərhələsinin üçüncü günündə müsabiqənin Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, təhsil naziri Emin Əmrullayev, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, kənd təsərrüfatı naziri İnam Kərimov, mədəniyyət naziri Anar Kərimov, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, Ombudsman Səbinə Əliyeva, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Şahin Seyidzadə, “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, “BP” şirkətinin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Vəkillər Kollegiyasının sədri Anar Bağırov, Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müavini Anar Novruzov, İctimai Televiziyanın baş direktoru Balakişi Qasımov və “Yüksəliş” İctimai Birliyinin sədri, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev iştirak ediblər.

İştirakçılar Təşkilat Komitəsinin üzvləri və idarəçi rəhbərlərin müşahidəsi ilə fərqli keyslər üzrə tapşırıqları yerinə yetiriblər. İdarəçi rəhbərlərin suallarına cavab verən iştirakçılar keys üzrə təqdimatdan sonra İdarəçi rəhbərlər tərəfindən qiymətləndiriliblər. Belə ki, hər masaya təyin edilmiş mentor komandada öz səriştəsi ilə seçilən bir finalçıya qiymətləndirmə balı təqdim edib. Təqdim edilən mentor balı iştirakçıların ümumi balına əlavə ediləcək.

Final mərhələsinin mentor keysində müsabiqənin idarəçi rəhbərlərindən biri kimi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev finalçılar - Cavid Əliyarlı, Pərviz Allahverdiyev, Aynur Əhmədzadə, Toğrul Rəhimbəyli, Kənan Bağırov və Murad Kərimovun “Məcburi köçkün gənclərin işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşdırılması üçün hansı stimullaşdırıcı tədbirlər görülməlidir?” mövzusunda təkliflərinin müzakirəsində iştirak edib.

İkinci “Yüksəliş” müsabiqəsinin qaliblərinin adları 2 iş günü ərzində açıqlanacaq.

Oxşar xəbərlər