18.04.2024, 06:24
AZ EN
24.06.2022, 07:50 598

Dövlət Komitəsinin iki əməkdaşı təltif olunub

XƏBƏRLƏR
  • Prezident İlham Əliyev dövlət qulluğunda səmərəli fəaliyyətinə görə bir qrup dövlət qulluçusunun təltif edilməsi barədə 22 iyun 2022-ci il tarixli Sərəncam imzalayıb. Dövlətimizin başçısının təltif etdiyi dövlət qulluqçuları arasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin iki əməkdaşı da var.

Komitənin Regional idarəetmə və status şöbəsinin müdiri  Hüseynov Sənan Eldar oğlu və həmin şöbənin Status sektorunun baş məsləhətçisi Cavadova Sevda Mahmud qızı “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif ediliblər.

S.Hüseynov Kəlbəcər rayonunda anadan olub. 1980-1990-cı illərdə Kəlbəcər rayonunda orta məktəbdə təhsil alıb. Azərbaycan Dövlət Neft Akademiyasının məzunudur. Birinci Qarabağ müharibəsində könüllü olaraq Kəlbəcər rayonunun müdafiəsində iştirak edib.

1996-2000-ci illərdə “HAYAT” Beynəlxalq Humanitar təşkilatında proqram rəhbəri kimi fəaliyyət göstərib. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində  2000-ci ildən işləyir, şöbə rəisinin müavini, şöbə rəisi, departament direktoru vəzifələrində çalışıb. Hazırda komitənin Regional idarəetmə və status şöbəsinin müdiridir.

S.Cavadova 2005-2009-cu illərdə Azərbaycan Beynəlxalq Universitetində “İqtisadiyyatın hüquqi tənzimlənməsi” ixtisası üzrə təhsil alıb. 1999-cu ildən Qaçqınların və Məcburi Köçkün-lərin İşləri üzrə Dövlət Komitəsində müxtəlif idarə, departmanet və şöbələrdə çalışıb. Hazırda Regional idarəetmə və status şöbəsinin Status sektorunun baş məsləhətçisidir.

Dövlət Komitəsinin hər iki əməkdaşını təbrik edir, onlara şəxsi həyatda xidməti vəzifələrinin icrasında uğurlar arzulayırıq!

Oxşar xəbərlər

SON XƏBƏRLƏR