Hazırda doğma yurdda təsərrüfat fəaliyyətini davam etdirənlər arasında Laçın rayonunun Bozlu kəndinin sakinləri Xanlar Sərdar oğlu Alıyev və Aqil Məhərrəm oğlu Mövsümov da var. Onlar uzun illərdir arıçılıqla məşğuldurlar və bu gün barlı-bərəkətli ata-baba torpaqlarında öz təsərrüfatlarını inkişaf etdirməkdən çox məmnundurlar.
Yurd həsrəti bitən və öz işlərini uğurla davam etdirən məcburi köçkünlər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə edir, Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirlər.
Ərazisi işğaldan azad olunmuş rayonların sakinləri ilə müsahibələr əsasında videoçarxların hazırlanması davam etdirilir.