21.09.2024, 05:04
AZ EN
15.08.2023, 19:08 246

Dövlət Komitəsinin əməkdaşlarına medal təqdim olunub

XƏBƏRLƏR
  • Ölkəmizdə çevik və səmərəli dövlət idarəçiliyini təmin etmək üçün səriştəli milli kadrların yetişdirilməsində Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri olub. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət qulluğunun daha yaxşı təşkili və idarə olunması istiqamətində ardıcıl və məqsədyönlü siyasət aparılır, genişmiyqaslı islahatlar həyata keçirilir.

Dövlət qulluğunun müasirləşdirilməsinə, bu sahədə yeni texnologiyaların tətbiqinə Birinci vitse-prezident Mehriban xanım Əliyeva da böyük dəstək göstərir. 

Bu fikirlər avqustun 15-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşlarına “Dövlət qulluğunda fərqlənməyə görə” medalının və müvafiq vəsiqənin təqdim olunması zamanı səsləndirilib.

Prezident İlham Əliyevin 22 iyun 2023-cü il tarixli Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə həmin medalla təltif edilənlər arasında Dövlət Komitəsinin üç əməkdaşı - Sosial təminat və kommunal xidmətlər şöbəsinin sektor müdirləri İlqar Süleymanov, Mahir Dadaşov və aparıcı məsləhətçi Mizam Həsənov da vardır.

Dövlət Komitəsinin sədri Rövşən Rzayev “Dövlət qulluğunda fərqlənməyə görə” medalını və onun vəsiqəsini təltif olunan əməkdaşlara təqdim edib, hər birinə xidməti fəaliyyətdə və şəxsi həyatda uğurlar arzulayıb.

Dövlət qulluğunda fərqlənən əməkdaşlar onların fəaliyyətini qiymətləndirdiyinə görə ölkə rəhbərinə minnətdarlıq edib, göstərilən etimadı daim doğruldacaqlarını bildiriblər.

Oxşar xəbərlər