Gərnibasar mahalının dağlıq hissəsində, Baş Gərni kəndi yaxınlığında inşa edilmişdir. Yepiskop İohann tərəfindən Şaqaka, Stepan Orbelian tərəfindən isə Şaquaqa və Şaquaqax adlandırılan bu monastrın əsl adı Şaqak olmuşdur. Milli Məclisin üzvü, tədqiqatçı alim Əziz Ələkbərli qeyd edir ki, Şaqak, yəni Sak-ağ, Ağ saq türklərinin adını daşımışdır. Toponimin Şaquaqax variantı da bunu təsdiq edir. Saq-ağ-ox, Ağ saq oxunun (tayfasının) monastırı deməkdir.
İsa Musayev