Verilişdə türkoloq, filologiya elmləri doktoru, professor Firudin Cəlilov hay və erməni anlayışından, erməni xristian kitablarından danışıb.
O bildirib ki, türk xristianlarını hay kimin təqdim edirlər: “Erməni xristian kitabları türkcədir. Hay və erməni anlayışı fərqlidir. Haylar Anadoluya Balkanlardan gəlib, ərmən türklərinin yaşadıqları yerdə məskunlaşıblar. Ermənilər türklərdi, haylara əlaqələri yoxdur”.
Onun sözlərinə görə, Qarabağda həmişə erməni türkləri yaşayıblar.
F.Cəlilov Qafqazda bütün qədim kilsələrin adının türkcə olduğunu söyləyib: “1828-ci ilə qədər haylar İrəvan ərazilərində balaca məhəllələrdə yaşayıblar. İrəvanın tarixi 500 il yox, 2800 ildir və adı türkcədir. İrəvanın əsasını Urartulular qoyublar. Prototürkcə Erebuni Erbu ər evi, əsgərləri evi anlamındadır. Müsəlman və xristian türklər arasında böyük savaş olub”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır. (Report)
Ətraflı linkdə: https://www.youtube.com/watch?v=FmLxxd-Qxd0