05.02.2025, 08:37
AZ EN
18.01.2025, 09:43 161

Qərbi Azərbaycan Xronikası: “Babam deyirdi ki, ermənilər camaatı mal-qara ilə birlikdə yük vaqonlarında deportasiya etdilər”

QƏRBİ AZƏRBAYCAN
  • Baku Tv-də "Qərbi Azərbaycan Xronikası" layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

“Qaraqala kəndini yenidən bərpa etmək ən böyük arzumdur” adlı veriliş əslən Dərəçiçək mahalından olan Qərbi azərbaycanlı Vüqar Nərimanbəylinin həyat hekayəsinə həsr olunub.

O, atası və özünün Bakı şəhərində anadan olduqlarını, lakin ata tərəfdən babasının Qərbi Azərbaycanın Qaraqala kəndində doğulduğunu söyləyib: “Babam xatirələrində doğulduğu kənddə yaşadığı dəhşətlər, erməni departasiyasına məruz qaldıqları haqqında mənə uşaq vaxtı məlumatlar verib. 1736-cı ildə salınmış kəndin adı qara rəngli çay daşlarından inşa edilmiş qala divarlarından qaynaqlanırdı. Burada daim azərbaycanlılar yaşasa da, 1948-ci il deportasiyasına qədər öz əzəmətini qoruyub saxlamışdı. 1950-ci illərin ortalarında ermənilər Razdan adlandırdıqları Axta çayı üzərində bəndin tikintisi adı ilə kəndi ləğv edərək xarabalığa çeviriblər”.

Xatırladaq ki, "Qərbi Azərbaycan Xronikası" layihəsinin məqsədi Azərbaycanın tarixi ərazilərinin adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin sonradan adı silinən toponimlərin, bir sıra yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır. (Report)

Oxşar xəbərlər