21.11.2024, 23:08
AZ EN
04.12.2023, 07:19 367

Qərbi Azərbaycan Xronikası: İrəvanı tərk edən və ölümlə hədələnən sonuncu Qərbi Azərbaycan türkü

QƏRBİ AZƏRBAYCAN
  • Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Verlişin qonağı isə, jurnalist politoloq, alim, siyasi şərhçi kimi tarixin müxtəlif dönəmlərində ermənilərin törətdiklərini, onların türklərə qarşı tarixi düşmənçiliyini tutarlı fakt və elmi dəlillərlə dünya ictimaiyyətinə çatdırmağa çalışan İsrafil Məmmədovdur.

İsrafil Süleyman oğlu Məmmədov- nasir, publisist, tərcüməçi, tarixçi və dövlət xadimi 8 noyabr 1927 Zəngəzur qəzası, Meğri rayonunun Əmrəkar kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1943-44-cü illərdə qonşu Vardanizor kəndində müəlimlik edib.

1944-48-ci illərdə Meğri rayon komsomol komitəsində, rayon qəzeti redaksiyasında müxtəlif vəzifələrdə çalışmış, 1948-1951-ci illərdə Ermənistan Lenin Kommunist Gənclər İttifaqının Meğri rayon komitəsinin birinci katibi seçilmişdir. 1987-89-cu illərdə Ermənistan SSR Xalq təhsili nazirinin müavini, 1989–90-cı illərdə “Sovet Ermənistanı” qəzetinin redaktoru vəzifələrini icra etmişdir.

1971-ci ildən Ermənistan SSR əməkdar jurnalisti, 1972- ci il tarix elmlər namizədi, 1985-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 2012-ci il Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı olub.

Onun erməni dilində minlərlə məqaləsi Azərbaycan radiosunda sələndirilmişdi. 1991-ci ildən Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində “Erməni redaksiyası”nın müdiri olan alimin bu əzmkar fəaliyyəti Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənabları tərəfindən təqdirlə qarşılanmışdır. Cənab Prezidentin 25 may 2012-ci il tarixli Sərəncamı ilə İsrafil Məmmədov Azərbaycan Respublikasının elm sahəsində ən yüksək Dövlət Mükafatına layiq görülmüşdür.

İrəvanı qədim türk şəhəri,oğuz məskəni, bənzərsiz mədəniyyət mərkəzi adlandıran İsrafil Məmmədov qıribçilik taleyini diz çöküb pərvazlna çıxmaq istədiyim şəhəri yaşadanlara ürəkdən pay olsaydı əsirgəməzdim deyir. Tarixçi alim, gözəl jurnalist, publisist yazar, böyük vətənpərvər olan İsrafil Məmmədov Qərbi Azərbaycan tarixini yazaraq özü də tarixə döndü. (Report)

 

Oxşar xəbərlər