Bunu açıqlamasında sənətşünas, rəssam Könül Hüseynova deyib. Onun sözlərinə görə, qədim dövrlərdə Qarabağın dağlıq ərazilərində keçə məmulatları geniş hazırlanır və əsasən çobanlıqda istifadə olunurdu.
“Biz bu sənəti müasirləşdirərək günümüzün tələblərinə uyğun, insanların istifadə edə biləcəyi əşyalara çevirməyi qarşıya məqsəd qoymuşuq. Bu mərkəzi Pirşağıda yaratdıq. Mərkəzin rəhbəri sənətşünaslıq üzrə fəlsəfə doktoru Əsmər Abdullayevadır. Əsmər xanım layihəni təqdim edərkən onun sosial layihə xarakteri daşıdığını vurğuladı və biz Pirşağıda yaşayan evdar xanımları bu sənətə cəlb edib öyrətdik. Artıq mərkəzimiz dörd ildir fəaliyyət göstərir. Bu müddət ərzində həm ölkə daxilində, həm də xaricdə, eləcə də yerli icmalar arasında keçə sənətinin yayılması istiqamətində fəaliyyət göstəririk”, – deyə o bildirib. (AZƏRTAC)