21.11.2024, 20:30
AZ EN
13.09.2022, 17:28 419

Ağalı sakinlərinin ilk istehsal müəssisəsi – tikiş sexi

ŞƏRQİ ZƏNGƏZUR
  • Zəngilan rayonu Ağalı kəndinə köçürülən əhalinin işlə təminatında ilk addımlar atılıb, artıq kənddə tikiş sexi işə salınıb.

Kəndə köçürülən sakinlərin bir qismi burada işlə təmin olunub.

Tikiş sexində çalışan Minə Mirzəyeva 30 illik həsrətinin başa çatdığı üçün, çox xoşbəxt olduğnu deyir. O kəndlərinə əhalinin köçürülməsi və burada olan inkişafdan məmnun olduğunu bildirib:

“Günü gündən kəndimiz də böyüyür, əhali artır, iş yerləri də artır. Çox şükürlər olsun ki, biz bu günə gəlib çatmışıq. Biz 30 ildir həsrətlə gözləmişik ki, öz kəndimizə gedib canla – başla işləyək, yaşayaq”.

Minə Mirzəyeva Ağalıya ilk köçürülən sakinlərdən biridir. O tez zamanda işlə təmin olunmalarına çox sevindiklərini bildirib.

Tikiş sexinin digər işçisi Qiyafət Həsənova da kəndin digər sakinləri kimi doğma yurdlarında yaşamaqlarının sevincini yaşadıqlarını bildirib:

“Ağalı kəndinin sakini olaraq öz dədə - baba torpaqlarımıza gəlmişik. Öz torpaqlarımıza sevinclə gəlmişik, indi də işlə təmin olunmuşuq. Burada tibbi ləvazimatlar tikirik”.

Qiyafət Həsənovanın sözlərinə görə, kəndə onun qardaş və bacısı, yaxınlarınında köçü gəlir. O, bütün kənd sakinlərinin hamısının tez zamanda kəndə gəlmələrini səbrsizliklə gözlədiklərini deyib.

Qeyd edək ki, artıq dövlət proqramına uyğun olaraq, Ağalıda digər istehsalat sahələri və emal müəssisələrinin də inşası nəzərdə tutulub.

Ümumilikdə “AĞILLI KƏND” konsepsiyasına uyğun qurulan Ağalı kəndinə birinci mərhələdə 41 ailə (201 nəfər), ikinci mərhələdə 25 ailə (125 nəfər) köçürülüb. Burada sakinlər yüksək keyfiyyətli, müasir tələblərə tam cavab verən “ağıllı” texnologiyalarla təchiz edilmiş evlərlə təmin olunublar. Onu da qeyd etmək yerinə düşər ki, işğala qədər bu inzibati ərazi 3 kəndi birləşdirib. Həmin dövrdə Birinci Ağalıda 40 ailə (154 nəfər), İkinci Ağalıda 60 ailə (245 nəfər), Üçüncü Ağalıda 161 ailə (675 nəfər) yaşayıb. (Report)

Oxşar xəbərlər