18.04.2025, 22:06
AZ EN
01.08.2023, 21:30 300

Keniyalı QHT rəhbəri: “Qarabağın erməni əhalisinin Azərbaycan cəmiyyətinə inteqrasiyasının tərəfdarıyıq”

ŞƏRQİ ZƏNGƏZUR
  • “Azərbaycan Qarabağın erməni əhalisini Azərbaycan cəmiyyətinə inteqrasiya etməyə, Ermənistan isə bunun qarşısını almağa çalışır”.

Bunu bir sıra beynəlxalq qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri ilə birlikdə Ermənistanın bu cür hərəkətlərinə etiraz bəyanatı imzalayan Keniyanın “Wote Development Projects” şirkətinin icraçı direktoru Piter Nqola Oviti deyib.

Oviti bildirib ki, Azərbaycan və vətəndaş cəmiyyəti Qarabağın erməni əhalisinin Azərbaycan cəmiyyətinə inteqrasiyasını istəyir.

“Biz, aşağıda imzası olan vətəndaş cəmiyyəti təşkilatları beynəlxalq ictimaiyyətin diqqətini Ermənistan nümayəndələrinin öz siyasi məqsədlərinə çatmaq üçün yaratdığı süni maneələrə cəlb etmək istəyirik”, - o vurğulayıb.

Oviti əlavə edib ki, çoxmillətli ölkə kimi Azərbaycan öz ərazisində ermənilərin və digər etnik azlıqların nümayəndələrinin bərabər hüquqlardan istifadə edərək dinc yaşayıb işləməsi üçün şərait yaradıb.

Onun sözlərinə görə, Ermənistanın iddialarının əksinə olaraq, Azərbaycan Laçın yolunu bağlamır: “Azərbaycan suveren hüququndan istifadə edərək öz ərazisində nəzarət-buraxılış məntəqəsi yaradib ki, bu da beynəlxalq hüquq normaları çərçivəsindədir”.

O qeyd edib ki, Laçın yolundan Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən Qarabağa zəruri humanitar yüklərin çatdırılması və mülki əhalinin keçidi üçün istifadə olunmaqda davam edilir:

“Biz, müxtəlif ölkələrdən olan vətəndaş cəmiyyətinin nümayəndələri regionda insanların iztirablarına səbəb olacaq yeni münaqişənin alovlanmasına qarşıyıq”. (Report)

Oxşar xəbərlər