20.10.2024, 00:03
AZ EN
04.04.2023, 17:59 201

Ermənistanda 11 min əsgərin fərarilik etməsi faktı bu ölkənin ordusundakı acınacaqlı vəziyyətin təsviridir

QARABAĞ

 

  • Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın 44 günlük müharibədə Ermənistanda 11 min əsgərin fərarilik etməsi barədə açıqlaması bu ölkənin ordusunda olan acınacaqlı vəziyyətin təsviri idi. Müharibə dövründə Ermənistan polisi qaçan əsgərləri zorla irəli getməyə məcbur etməsəydi və əsgərlərin ayaqlarını hərbi avtomobillərə qandallamasaydı çox güman ki, Ermənistan ordusunun yarısından çoxu fərari olardı. Paşinyan və Anna Akopyan xalqı səfərbər edib müharibəyə göndərmək üçün bütün vasitələrə əl atmalarına baxmayaraq erməni gəncləri müharibəyə getməkdən boyun qaçırırdılar. Anna Akopyanın hərbi forma geyinib erməni qadınlarından ibarət dəstə yaratması da erməniləri ruhlandıra bilmədi.

Bunu açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.

Qarabağın, Şərqi Zəngəzurun ermənilərin yaşadıqları indiki Ermənistan ərazisinin hər zaman Azərbaycan torpaqları olduğunu diqqətə çatdıran deputat deyib: “Ermənilər bu ərazilərə başqa yerlərdən köçürülüb. Bu səbəbdən erməniləri bu torpaqlara bağlayan heç bir müqəddəs qüvvə yoxdur. Əslində bu gün də Ermənistan ordusunda mahiyyət dəyişməyib. Ermənistanın və Qarabağda olan separatçıların Azərbaycana qarşı irimiqyaslı hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusu hücum əməliyyatına başlayarsa çox güman ki, Ermənistan ordusunda daha çox fərari olacaq”.

Kamilə Əliyeva bildirib ki, Vətən müharibəsi və müharibədən sonrakı dövrlərdə Prezident İlham Əliyev öz çıxışlarında Azərbaycan əsgərinin igidliyindən, mərdliyindən danışaraq müharibə dövründə Ermənistan ordusunda 10 mindən çox fərari olduğunu vurğulayıb. Vətən müharibəsi dövründə xalqımız dövlətimizin başçısı ətrafında yumruq kimi birləşdi. Gənclərimiz könüllü surətdə müharibəyə getmək üçün çağırış məntəqələri ilə yanaşı hərbi hissələrə də gediblər. Bu, Azərbaycan xalqının öz torpağına, vətəninə necə bağlı olmasından xəbər verir. Bu torpaqlar xalqımız üçün müqəddəsdir, çünki buralar əcdadlarımızın yurd yeri olub və onların ruhları bu torpaqlardadır. Xalqımızın öz Prezidentinə inamı və torpağa olan sevgisinin nəticəsidir ki, Vətən müharibəsində Azərbaycan Ordusunda bir nəfər belə fərarilik etmədi. Torpaqlarımızı işğaldan azad etdik və Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, biz əbədi olaraq burada yaşayacağıq.("AZERTAC")

Oxşar xəbərlər