Ağdam rayonunda Heydər Əliyev Mərkəzində “Heydər Əliyevin Azərbaycan elminin və mədəniyyətinin inkişafında rolu” mövzusunda tədbir keçirilib. Ağdam Rayon İcra Hakimiyyətinin və YAP Ağdam rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ziyalıları, ictimaiyyətin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Ulu öndərin mərkəzi meydanda ucaldımış abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzərək ruhuna ehtiramlarını ifadə ediblər. Heydər Əliyev Mərkəzində davam edən tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu öndərin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digər natiqlər müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş ümummilli lider Heydər Əliyevin hər zaman fəxrlə yad ediləcəyi, qürur hissi ilə xatırlanacağını vurğulayaraq, Ulu öndərin fenomenal şəxsiyyət kimi Azərbaycan xalqı və dövlətçiliyi üçün böyük xidmətlər göstərdiyindən geniş şəkildə danışıblar.
Hazırladı: Mina RƏŞİD