17.01.2026, 15:29
AZ EN
09.01.2026, 15:49 201

Böyük Qayıdış Elçinin arzusunu gerçəyə çevirdi

QARABAĞ
  • Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə qayıdış təkcə fiziki məskunlaşma deyil, həm də ruhun, arzuların, həyatın yenidən qurulmasıdır. Bu prosesin qəhrəmanlarından biri də Xocalıdan olan Elçin Əliyevdir.

Uşaqlıqda Xocalını tərk etməyə məcbur qalan Elçin, Böyük Qayıdış proqramı çərçivəsində doğma yurduna dönərək iş sahibi olub. Dövlət Məşğulluq Agentliyinin “Azəriqaz” İstehsalat Birliyi ilə birgə keçirdiyi əmək yarmarkasında iştirak edən Elçin təqdim olunan uyğun vakansiya əsasında SOCAR-ın Qarabağ Regional Qaz İstismarı İdarəsində çilingər kimi fəaliyyətə başlayıb.

“Çox şükür ki, torpaqlarımız azad olundu, artıq arzuma çatmışam,” - deyə Elçin Əliyev bildirib. O, hazırda Xocalıya köçürülən ailələrin evlərinə qaz çəkilişi, sayğac quraşdırılması kimi mühüm işlərdə iştirak edir.

“Elə bilirəm ki, yalnız evimə deyil, həyatımın gerçək yerinə - vətənimə dönmüşəm,” - deyə o vurğulayır.

Elçin Əliyevin hekayəsi Böyük Qayıdışın təkcə qələbənin yox, həm də xalqın dövlətinə olan inamının, arzuların həyata keçməsinin simvoludur.

Tahirə AĞAMİRZƏ 

Oxşar xəbərlər