13.12.2025, 04:24
AZ EN
12.12.2025, 08:29 215

Tacikistanın dövlət televiziyası Xankəndidə

QARABAĞ
  • Dekabrın 11-də Tacikistanın “Jahonnamo” dövlət televiziya kanalı “Dünya ətrafında” proqramının növbəti buraxılışı ilə bağlı Xankəndidə çəkiliş edib.

Madina Jaborova və Hofiz Abasaevdən ibarət çəkiliş qrupu öncə Xankəndidə Zəfər meydanında olub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı onlara Xankəndi şəhərində aparılan tikinti-quruculuq işləri ilə bağlı geniş məlumat verərək bildirib ki, infrastruktur – yollar, su, elektrik, qaz və rabitə xətləri yenilənib. İnsanların rahat yaşaması üçün hər cür şərait yaradılıb. Bir sözlə, işğaldan azad edilmiş torpaqlarda bu gün həyat öz axarına qayıdır. Keçmiş məcburi köçkünlər yurdlarına dönür. Dayanıqlı məskunlaşmanın təmin edilməsi, infrastruktur və iqtisadiyyatın bərpası da prioritet istiqamətlərdəndir.

Şəhərlə tanışlıqdan sonra Tacikistandan olan jurnalistlər Qarabağ Universiteti və Qarabağ klinikasında olublar. Qonaqlara Qarabağ Universitetində fəaliyyət göstərən fakültələr, burada təhsil alan tələbələr və onlara yaradılan şərait barədə məlumat verilib. Onlar Qarabağ klinikasının laboratoriyası ilə də tanış olublar.

Sonda jurnalistlər təəssüratlarını bölüşüblər. Onlar qısa müddət ərzində Xankəndidə çox işlərin görüldüyünü qeyd edib, Qarabağın gözəlliyinə, füsunkar təbiətinə heyranlıqlarını bildiriblər. (AZƏRTAC)

Oxşar xəbərlər