12.09.2025, 03:30
AZ EN
03.09.2025, 13:25 232

Çimnaz Nəcəfova Xankəndidə yeni peşəyə yiyələnib

QARABAĞ
  • 44 günlük Zəfərimizdən sonra qısa müddət ərzində  Böyük Qayıdış proqramı həyata keçirilməyə başlandı. İndi işğaldan azad olunan torpaqlarımızda böyük quruculuq, təmir-bərpa işləri  sürətlə davam etdirilir...

5 il ərzində işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzurda böyük-böyük uğurlu layihələr həyata keçirilib və davam edir...

Soydaşlarımız yenidən öz doğma dədə-baba yurduna sevinclə qayıdırlar...

Dövlət Məşğulluq Agentliyi Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərdə məskunlaşan sakinlərimizə müxtəlif dəstək xidmətləri göstərməkdə davam edir.

Agentliyə müraciət edən və peşə hazırlığı kursundan yararlanan şəxslərdən biri də Nəcəfova Çimnazdır.

O, öz doğma yurdu olan Xankəndi şəhərində tikiş avadanlıqlarının operatoru, tikişçi ixtisası üzrə kursda iştirak edərək yeni peşəyə yiyələnib.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər