26.07.2025, 05:27
AZ EN
04.06.2025, 17:03 300

Xankəndidə əmək yarmarkası keçirilib

QARABAĞ
  • Xankəndidə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən növbəti əmək yarmarkası baş tutub.

Nazirlikdən verilən məlumatda bildirilir ki, yarmarkada Xocalı rayonu üzrə mühasib, traktorçu, baytar, təmirçi-çilingər, mexanik və digər iş yerləri üzrə vakansiyalar təqdim olunub.

Tədbirə qatılan sakinlərə vakansiyalar və iş öhdəlikləri barədə məlumat verilib, həmçinin vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılıb.

GÜNEL

Oxşar xəbərlər