Bu barədə universitetin məlumatında bildirilib.
Qarabağ Universitetinin işçi heyəti və tələbələri üçün Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) mütəxəssisləri tərəfindən "Partlayıcı sursatların təhlükəsi" mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbir iştirakçılarına eksperimental şəraitdə çəkilmiş müxtəlif növ sursatların partlayış anını əks etdirən video-kadrlar nümayiş etdirilib, adıçəkilən mövzunu ehtiva edən bukletlər paylanılıb.
Sonda tədbir sual-cavab formatında davam etdirilib.
Tahirə AĞAMİRZƏ