Təlimin keçirilməsində məqsəd Azərbaycanın milli geyim əlavəsi çarığın tikilmə qaydasını iştirakçılara öyrətməkdir.
Təlimçi İbrahim Eyyublu müxtəlif ölkələri təmsil edən 14 iştirakçıya çarığın hazırlanmasına dair təlim keçib.
Təlimdə Qarabağ Universiteti və Bakı Musiqi Akademiyasının tələbələri, eləcə də Özbəkistan, İran, Türkiyə, Əfqanıstan və Mərakeşdən olan könüllülər iştirak edib.
Dekorativ əl işləri hazır olduqdan sonra iştirakçılara hədiyyə olaraq verilib.
Qeyd edək ki, "Gənclər paytaxtı"nın bağlanış mərasimləri dekabrın 4-də başa çatır. (Report)