Bunu türk səyyah Tufan Sevincel deyib. O, bildirib ki, türklər daim birlikdə olmaq məcburiyyətindədirlər:
“Ermənilərin xainliklərinin cavabını layiqincə verdik, torpaqlarımızı geri aldıq. Lakin iş bununla bitmir. Azərbaycan hökumətinin beynəlxalq arenada da dəstəyə ehtiyacı var. Ermənilər gedərkən hər yeri dağıdıblar. Xüsusilə minalı ərazilər insanlar üçün ciddi təhlükə yaradır. Minalanmış ərazilər çoxdur. Onların qısa müddətdə təmizlənməsi mümkün deyil. Əgər Azərbaycan hökuməti bununla bağlı beynəlxalq arenalarda çıxış edərsə, dəstək ala biləcək. Əks halda isə minaları təmizləmək çox böyük zaman alacaq. Buna görə beynəlxalq dəstək məsələsində mütləq addımlar atılmalıdır”. (APA)