Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.
Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində yeni tapılan kütləvi məzarlıq barədə danışan E.Səmədov bildirib ki, bu, Ermənistanın törətdiyi daha bir cinayət faktının aşkara çıxmasıdır: “Torpaqlarımız azad ediləndən sonra Dövlət Komissiyası aidiyyəti qurumlarla birlikdə itkin düşmüş vətəndaşlarımızın taleyini müəyyən olunması istiqamətində axtarış və qazıntı işlərini davam etdirir. Bu, artıq aidiyyəti dövlət qurumları ilə birlikdə aşkar elədiyimiz 8-ci kütləvi məzarlıqdır”. (APA)