22.11.2024, 19:06
AZ EN
03.08.2023, 17:41 191

Prezident İlham Əliyev İtaliyanın “Leonardo” şirkətinin baş icraçı direktorunu qəbul edib

XƏBƏRLƏR
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 3-də İtaliyanın “Leonardo” şirkətinin direktorlar şurasının sədri Stefano Pontekorvonu qəbul edib.

Stefano Pontekorvo İtaliya Respublikası Nazirlər Şurasının Sədri Ciorcia Meloni və müdafiə naziri Quido Krosettonun salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını İtaliya Nazirlər Şurasının Sədrinə və müdafiə nazirinə çatdırmağı xahiş etdi.

Görüşdə Azərbaycanla İtaliya arasında səmərəli tərəfdaşlığa əsaslanan ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirildi, hərbi və mülki sahələrdə dünyanın ən qabaqcıl şirkətlərindən biri olan “Leonardo” şirkəti ilə əməkdaşlıq məsələləri müzakirə olundu.

Qeyd edək ki, İtaliyanın müdafiə məhsulları istehsal edən ən böyük şirkəti olan “Leonardo”nun mülki sektorda da maraqlı texnologiyaları, o cümlədən “Smart city” texnologiyası, süni peyk istehsalı və aerokosmik xidmətlər, böyük şəhərlərin nəqliyyat sistemlərinin idarəedilməsi də var. Şirkətin rəhbər şəxsləri bu sahələrdə də ölkəmizə faydalı ola biləcək əməkdaşlıqla bağlı təşəbbüslərini ifadə etdilər.

Oxşar xəbərlər