25.04.2024, 17:57
AZ EN
30.11.2022, 16:35 367

Qarabağda və Şərqi Zəngəzurda meliorativ layihələr uğurla həyata keçirilir

QARABAĞ
  • Dövlət başçısının xüsusi tapşırığına əsasən işğaldan azad edilmiş ərazilərdə tikinti, quruculuq-bərpa işləri sürətlə həyata keçirilir. Həmçinin həyat əhəmiyyətli infrastrukturların, içməlu su təchizatı sistemlərinin su kanallarının bərpası həyata keçirilir.   

Qarabağ iqtisdi rayonu   üzrə Sərsəng və Suqovuşan su anbarları bərpa edilir. Bundan əlavə, Ağdam rayonunda 23 milyon kub metr sututumu olan Xaçınçay su anbarı da təmir olunur.

Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Rafiq Aslanov həyata keçirilən layihələrlə bağlı fikrini bildirərkən deyib ki, digər tərəfdən Bərgüşad çayı üzərində 67 milyon kub metr həcmi olan su anbarının tikintisi nəzərdə tutulur. Təqribən 12 min hektar sahənin suvarılması nəzərdə tutulur. Eyni zamanda da Qızqalası baş qurğusunda tikilən Cəbrayıl və Füzuli rayonları ərazisinə uzanan 50 kub metr su  buraxma qabiliyyəti olan kanala əlavə bir kömək olacaq.

Bu, həm işğaldan azad olunan rayonların əhalisi üçün, həm də İmişli, Beyləqan, Ağcabədi, Saatlı, Cəlilabad və Masallı rayonlarına qədər su çatdırılması mümkün olacaqdır.

Füzuli rayonu ərazisində Köndələnçay su anbarında təmir-bərpa işləri görülür. Oxşar layihələr Şərqi Zəngəzur iqtisadi rayonu ərazisində də ardıcıllıqla icra edilir. Məsələn, Həkəri su anbarı hidroqovşağının tikilməsi ilə 3 milyona yaxın əhalini içməli su ilə təmin etmək mümkün olacaq.

Laçın rayonu ərazisində isə Zabux çay su anbarının və magistral boru kəmərlərinin tikintisi nəzərdə tutulub. Bu anbarın suyundan Həkəri çayının sağ və sol sahilində, eləcə də Qubadlı və Zəngilan rayonlarının əkin sahələrinin suvarılmasında istifadə olunacaq. Bu istiqamətdə tikinti işləri iki mərhələdə həyata keçiriləcək. Ölkə üzrə isə Dövlət Proqramına əsasən 22 obyektin təmir-bərpası və 10 su anbarının tikilməsi də nəzərdə tutulur.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər