17.01.2026, 19:14
AZ EN
03.12.2025, 17:49 201

Zəngilanda 6,3 milyonluq layihənin icrasına başlanır

QARABAĞ
  • Zəngilan şəhərində bərpa və yenidənqurma işləri çərçivəsində su təchizatı sistemlərinin tikintisi ilə bağlı keçirilən tenderin qalibi müəyyən edilib.

""Vətən səsi" xəbər verir ki, "Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti" publik hüquqi şəxs tərəfindən Zəngilan şəhərinin magistral su xətlərinin, tullantı, yağış kollektorlarının və qurğularının tikintisinin layihə-smeta sənədlərinin hazırlanması və tikintinin həyata keçirilməsi çərçivəsində elan edilmiş tenderdə "Körpü-Bina-Tikinti" MMC qalib olub. Tenderin nəticələrinə əsasən, sifarişçi qurumla MMC arasında ümumi dəyəri 6 milyon 314 min 322 manat təşkil edən müqavilə imzalanıb. Halbuki layihənin ehtimal oluna qiymət 8 milyon 595 min 634 manat idi.

Xatırladaq ki, "Körpü-Bina-Tikinti" MMC bundan əvvəl Ağdam rayonunun Xıdırlı kəndində su, kanalizasiya və qaz xətlərinin qurulmasında iştirak edib. Şirkət həmçinin "Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti"nin sifarişi ilə Ağdam şəhəri 5-ci yaşayış massivi, məhəllə O-120 üzrə binaların tikintisini də həyata keçirib.

Elxan SALAHOV

Oxşar xəbərlər