"Vətən səsi" xəbər verir ki, bu barədə dövlət satınalmalarının vahid internet portalında məlumat yayılıb. Bildirilir ki, elan edilmiş tenderin nəticələrinə əsasən, Xankəndi, Xocalı şəhərləri və Əsgəran qəsəbəsində həyata keçiriləcək həmin layihənin icrası "Ramco" Qapalı Səhmdar Cəmiyyətinə həvalə edilib. Artıq bununla bağlı sifarişçi təşkilatla icraçı şirkət arasında müqavilə də imzalanıb. Müqavilənin ümumi dəyəri 6 milyon 889 min manatdır və həmin vəsait "Ramco"nun hesabına köçürülüb.
Xatırladaq ki, işğaldan azad edilmiş ərazilərində bərpa-quruculuq və yenidənqurma işləri mərhələli şəkildə davam etdirilir. Hazırda Qarabağ bölgəsində ən genişmiqyasılı bərpa və yenidənqurma işləri Xankəndi və Xocalı şəhərləri də daxil olmaqla ətraf kəndlərdə, Əsgəran qəsəbəsində və Ağdərə rayonunda aparılır. "Böyük qayıdış" proqramına əsasən, bu ilin sonunadək həmin ərazilərə daha bir neçə mərhələdə köç gözlənilir.
Elxan SALAHOV