09.10.2025, 16:58
AZ EN
16.09.2025, 17:53 218

Nazir: "Azad edilmiş ərazilərdə məktəblərin bərpası planlı şəkildə aparılır"

QARABAĞ
  • “İşğaldan azad edilmiş ərazilərdə məktəblərin yenidən qurulması istiqamətində işlər aparılır. Bu prosesi mətbuatdan izləyən insanlar, gedişatın əsasən, “üst tərəfini” görür, lakin arxasında kifayət qədər ciddi iş aparılır”.

“Vətən səsi” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev AzTV-nin “Hədəf” proqramına müsahibəsində bildirib. O, qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə təhsil infrastrukturunun yaradılması prosesində regional strukturlar, xüsusilə müəllimlər və digər əməkdaşlar fəal iştirak edirlər: "Bu proses bir gündə başa çatmır, plana uyğun olaraq binalar, evlər və digər infrastruktur layihələri mərhələli şəkildə həyata keçirilir. Məktəb, uşaq baxçası, təhsil yönümlü müəssilər üçün binaların tikintisi də ümumi plan əsasında icra edilir". 

Nazir onu da vurğulayıb ki,  Ağdam, Şuşa, Xankəndi və digər bölgələrdə müvafiq qurumlarla birlikdə müəllimlərin mənzil təminatı və iş yerləri təmin edilir. Geri qayıdan müəllimlər dərhal müvafiq qruplara daxil edilir və onların mənzil və iş məsələləri həll olunur.

Emin Əmrullayev Qarabağ və Şərqi Zəngəzura "Böyük qayıdış"la əlaqədar məcburi kömkün məktəblərinin komplektləşdirilməsindən də danışıb. O, qeyd edib ki, məcburi köçkün məktəblərinin bəziləri digər məktəblərin daxilində fəaliyyət göstərdiyi üçün bu məktəblərin yenidən inteqrasiyası və yerli məktəblərlə uyğunlaşdırılması prioritetdir: "Məqsəd qayıdış olan işğaldan azad edilmiş ərazilərdə müəllimlərin və şagirdlərin təhsil prosesinə fasiləsiz qoşulmasını təmin etməkdir".

Elxan SALAHOV

Oxşar xəbərlər