"Vətən səsi" xəbər verir ki, şəhərin 2 nömrəli yaşayış massivinin 4-cü məhəlləsi üzrə 126 mənzildən ibarət yaşayış binalarının inşasına başlanılır. Ümumilikdə 6 ədəd yaşayış binasından ibarət kompleksdə mənzillər 2, 3, 4 və 5 otaqlı olacaq. Kompleksdə inşa olunan 3, 4, 5, 6 və 7 mərtəbəli binaların tikintisi gələn ilin sonunadak başa çatdırılmalıdır.
Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti inşaat işlərinin 18 273 253 manata başa gələcəyini ehtimal edir.
Elxan SALAHOV