Şuşanın albom-xəritəsi və “Şuşa rayonunun ensiklopediyası” hazırlanır. AMEA Coğrafiya İnstitutunun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov bu barədə məlumat verib.
APA-nın xəbərinə görə, direktor deyib: “2022-ci ilin “Şuşa ili” elan edilməsi ilə əlaqədar İnstitutun alim və mütəxəssisləri tərəfindən bu ilin sonunadək Şuşanın albom-xəritəsinin və eləcə də “Şuşa rayonunun ensiklopediyası”nın Şuşanın coğrafiyasına aid hissəsi hazırlayanacaq”.