22.11.2024, 15:48
AZ EN
25.01.2024, 13:24 319

Azad edilən ərazilərdə 40 enerji obyekti tikilib

QARABAĞ
  • İşğaldan azad edilən ərazilərdə "Azərenerji" tərəfindən bu günə kimi 40 enerji obyekti üzrə tikinti işləri həyata keçirilib.  Artıq enerji obyektlərindən 14 yarımstansiya, 14 su elektrik sransiyası tikilərək istismara verilib.

Bunu "Real"a açıqlamasında "AzərENERJİ" ASC-nin İctimaiyyətlə Əlaqələr Mərkəzinin rəhbəri Teymur Abdullayev bildirib.

Teymur Abdullayev daha sonra əlavə edib: "O cümlədən Qarabağ və Şərqi Zəngəzur Regional Rəqəmsal İdarəetmə Mərkəzi də istismara verilib və hal-hazırda 9 yerdə su elektrik stansiyalarının tikintisi davam edir. Su elektrik stansiyalarının tikintisi 3 yerdə Zəngilan rayonunda, 1 yerdə Laçın rayonunda, ümumilikdə isə 4 yerdə su elektrik stansiyalarının tikintisi tamamlanıb".

Müəyyən müddətdən sonra bunların da istismara verilməsi planlaşdırılır. Həmçinin işğaldan azad edilən ərazilərdə bu günə kimi 700 kilometrdən artıq 330 və 110 kilomotluq ötürmə xətləri çəkilib: "Qarabağ və Şərqi Zəngəzurda bütün ərazilər üzrə artıq Azərbaycan işığı yanır, yəni bütün ərazilərə Azərbaycan işığı çatdırılıb. Hər yer Azərbaycanın ümumi enerji sisteminə qoşulub".

Qeyd edək ki, azad ərazilərin enerji infrastrukturunun tikintisi növbəli şəkildə davam etdirilir.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər