19.04.2025, 05:06
AZ EN
10.06.2024, 12:56 393

Artıq vaxt Ermənistanın xeyrinə işləmir: Baqrat və onu dəstəkləyənlər heç nəyə nail ola bilməyəcəklər

YAZILAR
  • “Görünən odur ki, son günlərdi, son saatlardır, yəni  keşişin avantürasının son mərhələsidir. Nəzərə alsaq ki, dünən bazar günü idi, həqiqətən də Baqrata dəstək olsaydı, iyunun 9-da onun bəh-bəhlə anonsaladığı bu tədbir yerli əhali tərəfindən geniş dəstək alardı”.

Bu sözləri “ARB24”-ə açıqlamasında  hərbi ekspert Üzeyir Cəfərov ifadə edib. Hərbi ekspert İrəvanda eyni saatlarda baş verən  maraqlı mənzərəyə diqqət çəkib: “Baqratın keçirdiyi aksiyası ilə paralel olaraq,  “Yerevan Site supermarket”ində bir lotoreya oyunu keçirilirdi və çox maraqlıdır ki, lotoreya oyununda iştirak edən irəvanlıların sayı mitinqə qatılanların sayından çox idi. İndi rəqəmlər səsləndirilir, 15 min, 400 civarında guya Baqratın tərəfdarları ora toplanmışdı. Axşam saatlarında onun İrəvanın polis rəisi ilə çox gərgin mübahisəsinin görüntüləri yayıldı. Artıq hiss olunur ki, Baqratın verdiyi 12 dollar, hansı ki, etiraz aksiyası iştirakçılarına dollarla pul paylayırdı. Onların da hər hansı bir effekti, təsiri  yoxdur. Görünən odur ki, bu aksiyalar artıq yekunlaşacaq və heç bir təsiri olmayacaq.  Fikirn verin, deməli, onlar mart-aprel aylarından başlayaraq “yolları kəsirik, Paşinyan istefaya çağırırıq, ay sən kişi deyilsən, arxa qapıdan qaççırsan”. Yəni bu cür təhrikedici və təhqiredici fikirlər səsləndirməsinə baxmayaraq, Paşinyan öz yolunu davam edir və aksiyanın da hər hansı bir nəticəsi yoxdur”.

“Hazırda canlı görüntüləri də izləyirik,  çadırların olduğu ərazidən müxtəlif erməni mətbuat orqanları da canlı yayımlar edir. Düzdür, çadırlar qurulub, müsahibələr verilir, amma bu, qeyri-adi bir mənzərə deyil. Bundann öncə daha böyük mitinqlərin olduğunu respublika meydanında daha çox adamın toplaşdığının şahidi olmuşuq.  Bu etiraz aksiyalarının nəticəsi olmayacaqsa, o zaman nə üçün hələ də insanlar çalışırlar, yəni nəyəsə ümid edirlər, yoxsa sadəcə təlimatlar üzrə bir hərəkətlənmədir”,- sualına Ü.Cəfərov belə cavab verib: “Bu, bilirsiniz, müəyyən qrup insanların, həm Baqratın, həm də Ermənistanın sabiq 2 rəhbərinin, Robert Köçəryanın, həm də Serj Sakisyanın tərəfdarlarının bir növ maddi-maraqlar çərçivəsində bir dəstəyidir. Mən düşünmürəm bunun bir nəticəsi olacaq: “Çox rahat şəkildə Ermənistan baş naziri istənilən hərəkəti edir, o, ölkədaxilində təbii fəlakətlər baş verən ərazilərə baş çəkir, insanlarla görüşür, Azərbaycanla delimitasiya olunmuş sərhədə gəlir, orda hərbçilərlə görüşür, müəyyən tapşırıqlar verir. Biz sözlə, iş gedir və şükürlər olsun ki,  bu cür avantürstlər, yəni baqratlar heç nəyə nail olmadılar və olmayacaqlar. İndi o çadırlar da hesab edirəm ki, günün ikinci yarısında yığşdırılacaq. Çünki İrəvanın özündə də insanların bir qəzəbi var, yəni bu etiraz aksiyasına. Onlar zatən bilirlər ki, bu etiraz aksiyası daha çox kənardan dəstəklənir.”

Hərbi ekspert daha sonra əlavə edib ki, düşünürəm ki, bu gün Paşinyanı daha çox düşündürən  məsələ Azərbaycanın 3 yaşayış məntəqəsi, yəni Qazaxın 3 yaşayış məntəqəsi, bir də Naxçıvanla, Kərki ilə bağlı olan  addımlardır. Hesab edirəm ki,  vaxt artıq Ermənistanın xeyrinə işləmir. Burda hər hansı bir toqquşmadan söhbət gedə bilməz. Ancaq Paşinyan Azərbaycan ordusunun, Azərbaycan rəhbərliyinin qətiyyətini bilir, ona görə də onu bu günləri narahat edən əsas məsələnin yəni danışıqlar yolu ilə başa çatdırılmasıdır”,- deyə Ü.Cəfərov vurğulayıb.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR