19.09.2024, 04:59
AZ EN
12.10.2023, 10:00 308

Vüqar Bayramov: "Bu cür qərəzli çıxışlar regionda Amerika dəyərlərinə inamı sarsıdır”

YAZILAR

"Azərbaycan Prezidenti cənab İlham Əliyevin çıxışından sonra erməni lobbisinin əsas dayağı hesab edilən Amerikanın Erməni Milli Komitəsi (ANCA) gələn il ABŞ-da keçiriləcək prezident seçkiləri üçün namizədliyini irəli sürən Vivek Ramasvamyın məlum bədnam çıxışı ilə bağlı posta girişi məhdudlaşdırıb". Bunu Milli Məclisin deputatı Vüqar Bayramov özünün "Facebook" şəxsi hesabında ifadə edib. Millət vəkili  vurğulayıb ki, ANCA bu video ilə Azərbaycana qarşı saxta kampaniya qurmuşdu: "Bu qərəzli video kifayət qədər ciddi müzakirələrə səbəb olmuşdu. Cənab Prezidentin məsələyə münasibətindən sonra ermənilər Ramasvamyın saxta çıxışını artıq gizlətməyə çalışırlar".

Deputat daha sonra əlavə edib ki, dünən bu saxta çıxışa mən də X sosial şəbəkəsində münasibət bildirmişdim: “Sadəcə biabırçılıqdır: Ermənistanın Azərbaycanın Gəncə və Bərdə şəhərlərini raket atəşinə tutması görüntüləri Azərbaycanın "təcavüzkarlığı" kimi təqdim olunur. ANCA özünü dolaşdırdı və Ermənistanın təcavüzkarlığını bir daha nümayiş etdirdi. Bu namizədin Ermənistanın xristian ölkəsi olduğunu vurğulaması ayrıseçkilikdir. Qafqazda müharibə dini müharibə deyil, işğalçıya qarşı müharibə idi. Bu cür qərəzli çıxışlar regionda Amerika dəyərlərinə inamı sarsıdır”,- deyə millət vəkili vurğulayıb.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər