22.07.2024, 02:19
AZ EN
02.11.2022, 18:00

Ermənilər qara taleli doğulurlar

Nəsib QARAMANLI

“Hraparak” onlayn qəzetinin 2 noyabr tarixli sayında baş redaktor Armine Ohanyanın “Erməni taleyi” başlıqlı yazısında publistikanın qaydalarına tam riayət olunsa da oradakı fikirlər heç bir xalqın mentaliteti ilə uyğun gəlməyən cəfənfiyyatdan başqa bir şey deyil. Tanınmış jurnalist Soçidəkli üçtərəfli görüşlə başlı fikirlərini bildirməklə yanaşı həm də mənsub olduğu xalqın keçmişi barədə düşüncələrini bölüşdürür. Yazır ki, erməni xalqı 1988-ci ildən indiyədək “arsax” məsələsi ilə məşğuldur. Ancaq son iki ildə bu məsələ ermənilərin gələcəkdə mövcud olub-olmaması anlamına gəlir. Ermənilərin guya döyüşkən xalq olduğunu  bildirən bu müxalif qaynana ləqəbli qadın  bundan sonra da neçə illər “arsaxla” bağlı müzakirələr olacağını bildirir. Bu qənaətə isə o “arsaxın” statusunun qeyri-müəyyən vaxtadək təxirə salınması barədə təkliflərə əsasən gəldiyini yazır. Bildirir ki, indi uşaqlar da bununla bağlı narahatlıq keçirir. Ona görə ki, son illər erməni taleyi başqalarının əlindədir. Nə Qərb, nə də başqaları bu xalqın taleyinin işıqlı olmasına dəstək vermir.

Bu isə deməyə əsas verir ki, ermənilər, doğrudan da, yaxşılığı yamanlıqla qarşılayan toplumdur. Hər kəs yaxşı bilir ki, həm İkinci Qarabağ müharibəsinədək, həm müharibə zamanı və həm də elə indinin özündə Ermənistanın haqsız mövqeyini dəstəkləyən dövlətlər var. Onların sırasında İran, Fransa, Hindistan isə birincilik uğrunda sanki yarışa giriblər. O ki, qaldı müharbədən sonra erməni uşaqlarının qara taleli doğulmalarına, burada nə Türkiyənin, nə də Azərbaycanın günahı var. Günah elə qara taleli doğulan uşaqların valideyinlərində və  mənsub olduqları ölkənin şovinist rəhbərlərindədir.

SON XƏBƏRLƏR