Belə ki, hətta erməni tarixçi Filipp Ekozyanın da elmi əsaslarla təsdiq etdiyi kimi, "böyük ermənistan" xülyası 1707-ci ildə Parisdə rus, fransız diplomatlarının və erməni keşişlərin Osmanlılara qarşı mübarizə metodu kimi uydurulmuş siyasi vasitədir.
Tarixi gerçəklikdir ki, birinci dünya müharibəsi zamanı 15 dövlətin hücümuna məruz qalan Osmanlı dövlətində yaşayan ermənilərin mütləq əksəriyyəti xəyanət yolu ilə öz ölkələrinə qarşı çıxaraq hətta hamilə qadınlara qarşı əsl soyqırımı törətmişlər.Bu vəhşiliyin başında isə keşişlər, daşnaklar durmuşlar.
Erməni keşişlərin qırğın tərəfdarları və təşkilatçıları olması 90- cı illərdəki müharibədə də öz çılpaqlığı ilə aləmə bəlli olub.
Bu gün isə yeni faktlarla müşahidə olunan erməni bicliyinin başında keşişlərin durduğunu, bunun üçün Fransadan, İrandan, Rusiyadan dəstək alındığını isə erməni politoloqların özləri açıqlayırlar.
Paşinyandan öncəki hakimiyyətlərlə qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərərək "qələbə sevinci" ilə yaşadıqlarını bildirən keşiş Ter Vitanes Bağalyan "Hraparak"ın müxbiri Sona Ağamyana müsahibəsində deyib ki, bu hakimiyyət 2018-ci ildən bəri ölkəni uçuruma aparmaqla məşğuldur. O, daha dözmək istəmədiklərini xüsusi vurğulayaraq əhalini vətəndaş itaətsizliyinə, Eçmiədzinin rəhbərliyinə isə dəstək və birlik nümayiş etdirməyə səsləyib.
Laçında yaradılmış nəzarət-buraxılış məntəqəsinin Ermənistana böyük zərbə olduğunu xatırladan bu keşişin digər fikirlərinin də məntiqi yekunu ermənilərin bir neçə yerə bölünməsinə baxmayaraq başlarına bir Dəmir yumruq dəyməsinə çalışmasını göstərir.
Nə deyirik, şanlı Ordumuz onları bu istəklərinə məhz elə İrəvanda çatdırar.