22.11.2024, 12:53
AZ EN
23.12.2022, 12:50 422

Biz köhnə evin isti qoynunda rahatlığımıza qovuşacağıq

XƏBƏRLƏR
  • Azərbaycan xalqı ötən əsrdə dörd dəfə deportasiyaya məruz qalıb. Deportasiya həyatı yaşayan yüz minlərlə soydaşlarımız var. Onlardan biri də Qərbi Azərbaycandan (indiki Ermənistan) deportasiya olunan diplomat Rəhman Şahhüseynlidir. Otuz ildən çoxdur ki, Zəngəzurdakı doğma evlərinə qayıtmaq imkanı olmasa da, o, əcnəbi səyyahların köməkliyi ilə bu arzusunu, hardasa, reallaşdırıb.

O, bu barədə ARB televiziyasına müsahibə verərkən bildirib: “ADA Universitetində işləyəndə, 2016-cı ilin may ayında  qapıdakı mühafizəçi mənə zəng dedi  ki, dörd nəfər yapon gəlib, universitetə daxil olmaq istəyirlər. Amma biz onları başa sala bilmirik ki, daxil olmaq olmaz. Olarmı ki, siz onlara izah edəsiniz.  Mən də təbii ki, Yaponiyada təhsil aldığıma, yapon dilini mükəmməl bildiyimə görə, onlarla söhbət etdim. Məlum oldu ki, bu yaponlar səyahətçidirlər. Onlar yaponiyadan hardasa, 6 ay əvvəl çıxıblar, bizim ölkədən sonra Gürcüstana, oradan da Ermənistana keçəcəklər. Mən onlardan xahiş elədim ki, siz mənim doğulduğum kəndə gedərsiniz və orda bizim evi taparsınız və eyni zamanda mənim doğmalarımın qəbirini tapasınız ”.

Yaponlar Rəhman Şahhüseynlinin xahişini yerinə yetirib. Onun doğulub boya-başa çatdığı Zəngəzurun Qarakilsə rayonunun  Murxuz kəndini tapıblar və Rəhman Şahhüseynlinin yaşadığı evdən çəkiliş edib ona göndəriblər.

Rəhman Şahhüseynli: “Orda bir erməni qadın görünür və o erməni qadın ailəsi ilə, kiçik uşaqları ilə orda yaşayırmış kimi görünür. Arzu edərdim ki, həmin o evdə yaşasalar belə o evimiz  qorunub-saxlanılsın. Biz nə vaxtsa Zəngəzura qayıdanda, baxmayaraq ki, evimiz köhnələcək, lakin o ev bizim üçün həmişə isti olacaq, biz köhnə evin isti qoynunda rahatlığımıza qovuşacağıq. Müqəddəs Zəngəzur torpağındakı o balaca daxma bizim üçün dünyanın ən dəbdəbəli saraylarından belə qiymətli, dəyərlidir!”.

Rəhman Şahhüseynov deportasiyadan əvvəlki dövrü xatırlayaraq bildirib ki, mən İrəvanda yaşadığım bütün müddət ərzində heç vaxt erməni görməmişəm. O ərazilərdə, torpaqlarda heç vaxt erməni yaşamayıb, erməni olmayıb. Daha sonra erməniləşdirilib və təbii ki, biz gec-tez Zəngəzur mahalına qayıdacağıq.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər