20.10.2024, 01:38
AZ EN
04.11.2022, 12:33 518

Ərazilərin 13 faizi minalardan təmizlənib

XƏBƏRLƏR

İşğaldan azad edilmiş ərazilərdə yeni enerji layihələri, infrastruktur, ərazilərin minalardan təmizlənməsi ölkəmizin qarşısında duran prioritet məsələlərdir. Elə Zəfər gününə həsr olunmuş konfransda da əsasən bu məqamlara toxunulub.

Azərbaycan xalqının çoxəsirlik tarixində ən önəmli məqamlardan biri 44 günlük Vətən müharibəsindəki qalibiyyətdir.  Qalibiyyətin ardından işğaldan azad edilmiş ərazilər-Qarabağ və Şərqi Zəngəzur linteqrasiya və reginasiya dövrünü yaşayır. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə post-konflikt dövrünün quruculuq işləri müəyyənləşdirildi ki, bu da bir neçə istiqaməti özündə ehtiva edir. Hərb meydanında qazandığımız qalibiyyəti masada möhkəmləndirmək, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi və Ermənistanın törətdiyi cinayətlərə görə beynəlxalq məhkəmədə cavab verməsi prosesi də uğurla davam edir.

Elə qələbəmizin ikinci ildönümünə həsr olunmuş konfransda da bütün diqqət görülən və görülməli olan işlərə yönəldildi.

Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov qeyd etdi ki, Ağdam və Füzuli şəhərlərinin ümumi və baş planları hazırdır. Hadrut və Tuğ, eləcə də Suqovuşan və Talışda yekunlaşma işləri aparılır. Paralel olaraq biz dərhal əraziləri minalardan təmizləməyə və bəzi infrastrukturun tikintisinə başladıq. Azərbaycan üzləşdiyi bütün çətinliklərə baxmayaraq digər dövlətlərin və beynəlxalq təşkilatların dəstəyi olmadan Qarabağ iqtisadi rayonu daxilində işğaldan azad edilmiş ərazilərin 13 faizini minalardan və digər partlamamış hərbi sursatlardan təmizlənib və minatəmizləmə əməliyyatlarını böyük əzmkarlıqla davam etdirir.

Həmin ərazilərə qayıdışı təmin etmək üçün enerji layihələri də xüsusi əhəmiyyətə malikdir. Konkret layihələrə gəlincə, Energetika naziri Pərviz Şahbazov bildirdi ki, bu ərazilərin bərpa olunan enerji mənbələri üzrə potensialı 10 min meqavata yaxındır. Bu potensial əsasında 4 il ərzində ümumi gücü 780 meqavat olan külək, günəş və iri su elekrtik stansiyalarının inşası nəzərdə tutulur.  Bu istiqamətdə hazırda BP-i şirkəti ilə Cəbrayılda illik təxminən 500 milyon kilovat saat elektrik enerjisinin istehsalı proqnozlaşdırılan 240 meqavatlıq gücündə Şəfəq  Günəş Elektrik Stansiyası lahiyəsi üzrə işlər aparılır.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər