Ağcabədi rayonu, 556 saylı Məcburi köçkün qəsəbəsində Şuşa Rayon İcra Hakimiyyəti başçısının rayon əhalisi ilə növbəti səyyar görüşü keçirildi. Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov çıxışında bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Kəlbəcər və Ağdərə rayonlarına səfəri, bu rayonlarda əhali üçün tikilən yeni mənzillərin təqdim olunması və 4 -cü yaşayış komleksinin təməlqoyma mərasimlərində iştirakı “Böyük Qayıdış “ proqramının dövlətin prioritet məsələsi oluğunun baris nümunəsidir. Ölkə rəhbərinin regionda və beynəlxalq arenada apardığı uzaqgörən siyasət, eləcə də ölkəmizin iqtisadi inkişafına hədəflənmiş böyük layihələr haqqında görüş iştirakçılarına ətraflı məlumat verdi. RİH başçısı vətəndaşlara göstərilən sosial xidmətlərin, sosial yönümlü Dövlət Proqramları və insanların rifah halının yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən görülən işlərin cari ildə davam etdirildiyini diqqətə çatdırdı.
Görüş zamanı rayon sakinlərinin işlə təmin olunma, Şuşaya qayıdış və onları narahat edən digər məsələlərlə bağlı suallarını RİH başçısı tərəfindən cavablandırıldı. Görüşdə vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bəziləri yerindəcə həll edildi, digərlərinin həlli ilə bağlı tədbirlər müəyyənləşdirildi, həlli vaxt tələb edən məsələlər nəzarətə götürüldü.
Hazırladı: Mina RƏŞİD