Yarışın ilk günündə 13 komanda mübarizə aparıb.
Bakı şəhərini “Qız Qalası”, “Şirvanşahlar” və “Odlar Yurdu” komandaları təmsil ediblər. Yarışda Azərbaycanın müxtəlif regionlarından gələn “Naxçıvan”, “Aran”, “Şimal-Qərb”, “Qərb”, “Mərkəzi-Aran”, “Şirvan”, “Xaçmaz”, “Sumqayıt”, “Qarabağ”, “Cənub” komandaları iştirak ediblər.
Yarışın ilk günündə iştirakçı komandalara elektroenergetika sahəsi ilə bağlı suallar ünvanlanıb.
Münsiflər heyətinin qərarı ilə birinci yerə "Aran", ikinci yerə "Şimal-Qərb", üçüncü yerə isə "Odlar yurdu" komandası layiq görülüb. İlk üç yeri tutan komandalara mükafatlar təqdim olub.
Qeyd edək ki, müsabiqənin ikinci günü sabah Hadrutda keçiriləcək. (Report)