24.04.2025, 22:51
AZ EN
08.08.2024, 17:27 287

Qarabağ Universiteti ilk dəfə “Abituriyent” jurnalında

XƏBƏRLƏR
  • Qarabağ Universitetinin məlumatında bildirilib ki, Dövlət İmtahan Mərkəzi “Abituriyent”  jurnalının 4-cü nömrəsini nəşr edib.

Jurnalın bu nömrəsində 2024/2025-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, ali təhsil müəssisələrinə qəbul aparılan ixtisaslar, dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu çap edilib.

Məlumatda bildirilib ki, abituriyentlər jurnalın bu nömrəsində Qarabağ Universitetinə aid ixtisaslarla tanış olub seçim edə bilərlər.

Sən də Qarabağ Universitetini seç, Qarabağ Universitetinin üstünlüklərindən yararlan!

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər