Muzeydən bildirilib ki, məqsəd COP29 tədbirləri çərçivəsində ölkəmizi ziyarət edən qonaqları çoxəsrlik tariximiz, milli-mənəvi dəyərlərimiz və mədəni irsimizlə tanış etmək istiqamətində praktik biliyin artırılmasıdır. Azərbaycanın ən qədim dövründən günümüzədək tarixini əks etdirən dəyərli artefaktlarla zənginləşdirilmiş, interaktiv masalar və 3D holoqramlarla təchiz olunmuş yeni ekspozisiya ATBA-nın yeni bələdçilərinin böyük marağına səbəb olub və onları maraqlandıran suallar ətraflı cavablandırılıb.
Hazırladı: Mina RƏŞİD