21.11.2024, 22:41
AZ EN
29.02.2024, 11:47 258

Vüqar Bayramov: "Ölkəmizin turizm imkanlarına yenidən marağın artması müşahidə edilməkdədir"

XƏBƏRLƏR
  • "Ərəb ölkələrindən Azərbaycana gələn turistlərin sayı yenidən artmağa başlayıb". Bunu Milli Məclisin deputatı, iqtisadçı alim Vüqar Bayramov açıqlamasında deyib.

Millət vəkili qeyd edib ki, bu ilin ilk ayında ölkəmizə 165,8 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 39,3 faiz çox tursit gəlib. Gələnlərin 27,5 faizi Rusiya, 19,8 faizi Türkiyə, 9,7 faizi İran, 6,1 faizi Hindistan, 4,9 faizi Gürcüstan, 3,5 faizi Səudiyyə Ərəbistanı, 2,9 faizi Qazaxıstan, 2,7 faizi Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları olublar.

Turistlərin mənşə coğrafiyasında dəyişiklik davam edib: "Ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 3,9 dəfə, Qırğızıstandan - 3,4 dəfə, Bəhreyndən - 2,7 dəfə, Səudiyyə Ərəbistanından - 2,7 dəfə, Hindistandan - 2,5 dəfə, Omandan - 2,4 dəfə, Özbəkistandan - 2,4 dəfə, Tacikistandan - 2,3 dəfə, Qazaxıstandan - 2,3 dəfə, Filippindən - 1,8 dəfə, İtaliyadan - 1,7 dəfə, İspaniyadan - 1,7 dəfə, Türkmənistandan - 1,7 dəfə, Küveytdən - 1,6 dəfə, Cənubi Koreyadan - 1,6 dəfə, İordaniyadan - 1,6 dəfə, artıb.

Digər dqqəti çəkən məqam 2 illik azalmadan sonra yenidən körfəz ölkələrindən gələnlərin sayının artmasıdır". Deputat əlavə edib ki, 2023-cü ilin yanvar ayı ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 25,1 faiz artaraq 61,3 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 1,5 dəfə artaraq 4,7 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 1,6 dəfə artaraq 35,1 min nəfər olub. Ərəb ölkələrdən gələnlərin sayının artması mövsümi faktorlar ilə bağlı olsa da o regiondan ölkəmizin turizm imkanlarına yenidən marağın artması müşahidə  edilməkdədir", - deyə vurğulayıb.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər