20.04.2025, 10:21
AZ EN
19.01.2024, 15:02 307

Malayziya şirkətləri Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji potensialı barədə məlumatlandırılıb

XƏBƏRLƏR
  • Azərbaycanın Malayziyadakı səfirliyinin təşəbbüsü ilə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi və Malayziyanın Enerji Keçidi və Kommunal Xidmətlər Nazirliyi arasında onlayn görüş keçirilib.

Səfirlikdən bildiriblər ki, görüşdə Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev və qurumun əməkdaşları, Malayziyanın Enerji Keçidi və Kommunal Xidmətlər Nazirliyinin baş katibinin müavini Dato Mohamad Razif və nazirliyin rəsmiləri, eləcə də Malayziyanın enerji və bərpa olunan enerji sahəsində fəaliyyət göstərən 40-dan çox şirkətinin yüksək vəzifəli şəxsləri iştirak edib.

Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev, Malayziyanın Enerji Keçidi və Kommunal Xidmətlər Nazirliyinin baş katibinin müavini Dato Mohamad Razif və ölkəmizin Malayziyadakı səfiri İrfan Davudov açılış nitqi söylədikdən sonra agentliyin hidrogen və yaşıl texnologiyalar şöbəsinin müdiri Rəna Hümbətova və həmin qurumun bərpa olunan enerji mənbələri ərazilərinin inkişafı idarəsinin rəisi Fəqan Əbdürrəhmanov, eləcə də ölkəmizdə fəaliyyət göstərən “Masdar” şirkətinin nümayəndəsi Murad Sadıxov Azərbaycanda enerji və bərpa olunan enerji sahəsində olan investisiya imkanları, hökumətin xarici investorlar üçün təmin etdiyi imkanlar, ölkəmizin enerji sahəsində malik olduğu əməkdaşlıq potensialı, işğaldan azad edilmiş ərazilərimizdə yaranmış investisiya fürsətləri haqqında ətraflı məlumat veriblər.

İki saata yaxın davam edən görüşdə Malayziya rəsmilərin və şirkətlərinin nümayəndələrinin çoxsaylı sualları cavablandırılıb. Əməkdaşlığın inkişafı məqsədilə qarşılıqlı səfərlərin təşkilinə və ikitərəfli görüşlərin keçirilməsininə dair razılıq əldə olunub. (AZƏRTAC)

Oxşar xəbərlər