"Vətən səsi" xəbər verir ki, bu barədə yerli media orqanlarından olan "Armenpress" məlumat yayıb. Bildirilir ki, müxalif "Hayastan" blokunun lideri Robert Koçaryan dünən keçirdiyi mətbuat konfransında seçkilərdə iştirak imkanları və onun özünün siyasi karyerasını davam etdirmək istəyi barədə bəzi açıqlamalar verib. Keçmiş prezident bildirib ki, məhz onun təşəbbüsü ilə "Hayastan" blokunun nüfuzlu nümayəndələri parlament seçkilərində iştirakın formatı ilə bağlı məsələləri müzakirə edir. Həmin müzakirələrdə masa üzərində olan təkliflərin sistemləşdirilərək digər siyasi qüvvələrə təqdim olunması və hakimiyyətə qarşı birgə mübarizənin təkili də nəzərdən keçirilir.
Köçəryan deyib ki, onun komandası 2021-ci il seçkilərində iştirak etdikləri formatda qatılmağa meyillidirlər. Lakin digər siyasi qüvvələrlə birgə iştirak imkanları da öyrənilirş Buna görə də hələlik yekun qərar verməyiblər: "Bu məsələ ilə bağlı yekun qərar fevral ayında veriləcək".
Ermənistanın ikinci prezidenti lideri olduğu "Hayastan" blokunun seçkilərdə qalib gələyi təqdirdə Baş nazir postuna namizədlərin kim olacağı məsələsinə də münasibət bildirib. O, fevralın əvvəlində ictimai rəy sorğuları keçirəcəklərini və nəticələrə əsasən namizədin kim olacağına qərar verəcəklərini qeyd edib: “Əgər sorğularda mən lider olacağamsa, o zaman namizədliyimi irəli sürəcəyəm. Əgər məlum olarsa ki, bizim alyansımızda daha çox səs toplaya biləcək biri varsa, o, namizəd olacaq".
Koçaryan əlavə edib ki, əvvəlki seçkilərdən fərqli olaraq, bu dəfə müxtəlif siyasi qüvvələrin birliyindən təşkil edilmiş geniş müxalifət ittifaqı üçün daha yaxşı şanslar var. Onun sözlərinə görə, müxalif qüvvələr bu şanslardan lazımi şəkildə yayarlana bilsə, vahid komanda olaraq seçkilərdən qalib çıxa biləcək.
Xatırladaq ki, Ermənistanda parlament seçkiləri 2026-cı ilin iyun ayında keçiriləcək.
Elxan SALAHOV