26.10.2025, 03:20
AZ EN
22.10.2025, 17:52 119

Ermənistan ABŞ-la birlikdə Zəngəzur dəhlizi üzəində işləyir

XƏBƏRLƏR
  • "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" və ya qısaca olaraq "TRIPP" adlandırılan Zəngəzur dəhlizi ) layihəsi üzərində iş davam edir.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Gürcüstanda keçirilən V Tbilisi İpək Yolu Forumunda çıxışı zamanı bildirib. "Armenpress"in yaydığı məlumata görə, Paşinyan deyib ki, Ermənistan və ABŞ həmin layihənin və Vaşinqtonda əldə olunan digər sazişlərinin həyata keçirilməsi üzərində birgə işləyir.

Cənubi Qafqazda kommunikasiyaların açılmasından danışan Paşinyan ABŞ-nin vasitəçiliyi ilə avqustun 8-də Ermənistan və Azərbaycan arasında Vaşinqtonda imzalanan sazişlərə toxunub: "ABŞ və razılaşdırılmış üçüncü tərəflərlə birlikdə Ermənistan ərazisində "TRIPP yolu" layihəsinin həyata keçirilməsi çərçivələrinin müəyyənləşdirilməsi üzərində işləyəcəyik. Biz bu məqsədə qısa zamanda çatmaq üçün vicdanla bütün tədbirləri görmək qətiyyətimizi təsdiqləyirik".

Elxan SALAHOV

Oxşar xəbərlər