15.05.2025, 23:27
AZ EN
15.05.2025, 17:52 8

Erməni səfir Putin administrasiyasına yol axtarır

XƏBƏRLƏR
  • Ermənistanın Rusiyadakı səfiri Qurgen Arsenyana İrəvanla Moskva arasındakı soyuq münasibətləri qaydaya salmaq tapşırılıb.  Bununla bağlı Xarici İşlər Nazirliyindən təlimat alan Arsenyan Rusiya Prezident Administrasiyası ilə birbaşa əlaqə qurmaq üçün yollar axtarsa da, hələ heç nəyə nail ola bilməyib.

"Vətən səsi" xəbər verir ki, bu barədə erməni Teleqram kanalları məlumat yayıb. Bildirilir ki, səfir Qurgen Arsenyan Rusiya Prezident Administrasiyası rəhbərinin birinci müavini, Rusiyanın Ermənistan üzrə yeni kuratoru kimi təqdim olunan Sergey Kiriyenko ilə görüşmək üçün bütün əlaqələrini işə salıb. Lakin Kremlə yaxınlığı ilə seçilən erməni diasporunun nüfuzlu nümayəndələri də ona bu işdə kömək edə bilmir. 

"Hətta səfirlik əməkdaşları Kiriyenkonun zövq və seçimləri barədə məlumat toplamaq məqsədilə Abxaziyadakı erməni icması ilə əlaqə qurublar. Onun haqqında ətraflı məlumat topladıqdan sonra planlaşdırılan bir yeşik erməni konyakı hədiyyə etmək ideyasından imtina olunub" - deyə məlumatda bildirilir.

O da qeyd olunur ki, erməni səfir Sergey Kiriyenkonu hədiyyələrlə almağı düşünür. Amma o, İrəvanla Moskvanı barışdırmaq üçün rusiyalı məmura nəyi hədiyyə edə biləcəyini müəyyənləşdirməkdə çətinlik çəkir: “Moskvadakı erməni Apostol Kilsəsinin yeparxiyası tərəfindən hazırlanmış qiymətli daşlarla bəzədilmiş qədim dini ikonanı da Arsenyan uyğun hesab etmir. O bu hədiyyəni çox diqqətçəkici hesab edir. Hazırda səfirlik Moskvadakı kolleksiyaçılardan biri ilə rəssam Martiros Saryanın 19 milyon rubl dəyərində olan tablosunun alınması ilə bağlı danışıqlar aparır. Bütün bu cəhdlərə baxmayaraq, Kiriyenko ilə görüş məsələsi hələ də açıq qalır. Onun tapşırığı yerinə yetirə biləcəyinə inam sürətlə azalır və Ermənistan Xarici İşlər Nazirliyinin rəhbərliyi bundan ciddi narahatdır".

Elxan SALAHOV

Oxşar xəbərlər