"Vətən səsi"nin məlumatına görə, o deyib ki, Vaşinqton Azərbaycan və Ermənistan arasında sülh sazişini heç vaxt BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqələndirməyib. Metyu Miller mətbuat konfransı zamanı Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin COP29 sammiti ərəfəsində imzalanmasının mümkünlüyü barədə suala cavab verərkən belə deyib: “Biz heç vaxt razılaşmanı COP29-la əlaqələndirməmişik. Bir neçə ay əvvəl sülh sazişini görmək istəyirdik, sazişin əldə olunmasına çalışırdıq. Ancaq bu, ABŞ-nin deyil, tərəflərin işidir".
Xatırladaq ki, Nikol Paşinyan başda olmaqla Ermənistan hakimiyyəti COP29 ərəfəsində Azərbaycanla sülh sazişi imzalamağa hazır olduğunu və rəsmi Bakının guya, bunu istəməməsi barədə gəqiqətə uyğun olamayan bəyanatlar səsləndirməyə çalışır. Ermənistan parlamentinin spikeri Alen Simonyan isə dünən Cenevrədə Parlamentlərarası İttifaqın 149-cu Assambleyasında çıxışı zamanı bir qədər də irəli gedərək sülh sazişi layihəsində 16 bənd üzrə Azərbaycanla tam razılığa gəldiklərini iddia edib.
Əslində onun bu iddias növbəti diplomatik hiylədir və bununla beynəlxalq ictimai rəytdə “Azərbaycan sülhdən yayınır” fikrini formalaşdırmaq istəyir. Hərçənd rəsmi Bakı sülh sazişi layihəsindəki bütün müddəalar paket halında razılaşdırılmayınca belə bir sənədə imza atmağın mümkünsüzlüyünü dəfələrlə bəyan edib. Ermənistanın Baş naziri Nikol Paşinyanın indiyəqədrki danışıqlar prosesində sülh sazişi layihəsinin razılaşdırılmış hissələrinin imzalanması, razılaşdırılmayan digər 3 müddəanın sonraya saxlanılması barədə çağırışları da dəstək qazanmayıb.
Elxan SALAHOV