Bunu 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsinin 60 saylı Seçki Məntəqəsinin sədri Akif Mirzəyev deyib.
O bildirib ki, məntəqə üzrə səs verən seçicilərin hamısı təsdiq olunub, bildirişlər paylanılıb:
"Məntəqə üzrə 833 seçicimiz var. Onlardan biri ilk dəfə seçkilərdə iştirak hüququ qazanıb. Seçici fəallığının yüksək olacağını gözləyirik. Bu ilin fevralında keçirilən növbədənkənar prezident seçkilərində də məntəqə fəaliyyət göstərib və fəallıq yüksək olub".
Qeyd edək ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. (Report)